Accessibility links

Əli Kərimli: Son aylarda siyasi məhbusların sayı daha 5 nəfər artıb


Vicdan məhbusları (Foto Əli Kərimlinin Facebook səhifəsindən götürülüb)
Vicdan məhbusları (Foto Əli Kərimlinin Facebook səhifəsindən götürülüb)

Rəsmi Bakı siyasi məhbusların olmadığını bildirir. Amnesty İnternational ölkədə 30-dək insanı vicdan məhbusu kimim tanıyıb

Dövlət başçısının vətəndaş cəmiyyətinə “qayğısı” nəticəsində son aylarda siyasi məhbusların sayı daha 5 nəfər artıb. Bu barədə AXCP sədri Əli Kərimli Facebook səhifəsində bildirib.

Onun sözlərinə görə, son aylarda vətəndaş cəmiyyəti fəalı Bəşir Süleymanlı, jurnalist Rauf Mirqədirov, vəkil Əlabbas Rüstəmov, hüquq müdafiəçisi Emil Məmmədov, gənc fəal Orxan Eyyubzadə siyasi motivlərlə olunub. “Vicdan məhbuslarını unutmayaq, unutdurmayaq!”, deyə Kərimli bildirib.

Rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir. Bununla yanaşı son dövrlər Azərbaycanda siyasi məhbus problemi yerli və beynəlxalq təşkilatlarda ən çox diqqət mərkəzində olan məsələlərdəndir. Belə ki, Avropa Şurasının Parlament Assambleyası siyasi əqidəsinə görə həbs edilənlərlə bağlı hesabat hazırlamaq üçün məruzəçi təyin edib. Yerli hüquq müdafiəçilərinin isə müxtəlif siyahıları var. Bir qrup hüquq müdafiəçisi ölkədə 130, digər qrup hüquq müdafiəçiləri 81 siyasi məhbusun olduğunu iddia edir. Bir qrup hüquq müdafiəçisi isə ilkin olaraq 28 siyasi məhbusun dərhal azadlığa buraxılmasının lazımlığını bildirir.

Amnesty İnternational ölkədə 30-dək insanı vicdan məhbusu kimim tanıyıb.

XS
SM
MD
LG