Accessibility links

Səidə Qocamanlı: Siyasi məhbuslarla bağlı yeni işçi qrup yaradılacaq [Video-müsahibə]


Səidə Qocamanlı: Siyasi məhbuslarla bağlı yeni işçi qrup yaradılacaq
please wait

No media source currently available

0:00 0:06:35 0:00

Səidə Qocamanlı: Siyasi məhbuslarla bağlı yeni işçi qrup yaradılacaq

“İşçi qrup hüquq müdafiəçiləri, dövlət strukturları və Avropa Şurasının nümayəndəsindən ibarət olacaq”, hüquq müdafiəçisi Amerikanın Səsinə müsahibəsində bildirib

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı Amerikanın Səsinə müsahibəsində ölkədə siyasi məhbus probleminin həlli və məhkəmə islahatlarının vacibliyindən danışıb.

“Çalışmalıyıq ki, siyasi məhbus olmasın. Hər dəfə əfv fərmanından sonra sevinirik, amma sonra yenidən siyasi həbslər başlayır və məhbuslar siyahısı artır”, deyə o qeyd edib.

Hüquq müdafiəçisi siyasi məhbus probleminin birdəfəlik həllini ölkədə məhkəmə islahatlarında görür.

Qocamanlı bildirib ki, siyasi məhbusların siyahısının dəqiqləşdirilməsi üçün yeni işçi qrup yaradılacaq. “İşçi qrup hüquq müdafiəçilərindən, dövlət strukturları və Avropa Şurasının nümayəndəsindən ibarət olacaq. Avropa Şurasının Bakı nümayəndəliyinin rəhbəri də bizim iclaslarda iştirak edəcək. Ümid edirəm ki, bu tərkibdə işçi qrupu siyasi məhbusların siyahısını dəqiqləşdirə biləcək”, deyə o qeyd edib.

O hesab edir ki, Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatı hazırlayacaq Pedro Aqromant ölkədəki problemləri dərindən bilir. “Sentyabrın sonunda AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri olacaq. Çox yəqin ki, siyasi məhbuslarla bağlı hesabat 2015-ci ilin yanvar sessiyasında müzakirəyə çıxarılacaq. Ümid edirəm ki, o zamanadək hüquq müdafiəçiləri bir-biri ilə dil tapıb bir masa arxasına əyləşib yekdil bir siyahı ortaya qoya biləcək. Hesab edirəm ki, avqustun ikinci yarısında yerli hüquq müdafiəçiləri bir araya gəlib məsələni müzakirə edə bilər”.

Onun fikrincə, siyasi məhbusların sayının dəqiqləşdirilməsi mexanizmi obyektivlik, mərhəmət və insanların tezliklə azadlığa qovuşması uğrunda mübarizə olacaq. “Siyasi məhbusların müəyyən edilməsi üzrə Avropa Şurasının kriteriyalarına əsaslanırıq. Problemin həlli daha çox dialoq mühitindən asılı olacaq”, hüquq müdafiəçisi bildirib.

Qocamanlı ölkədə məhkəmə islahatlarının və azadlıqların dərinləşdirilməsinin vacibliyini qeyd edib. “Ölkədə siyasi məhbusların olmaması üçün əsasən demokratik prinsipləri, - söz, ifadə, əqidə azadlığını genişləndirməliyik. Həbslər əsasən bu azadlıqlarla bağlı olur. Biz qərb dəyərlərini nəhayət qəbul etməliyik. Ən əsası isə Azərbaycan vətəndaşını sıxıb qoz qabığında saxlamamalıyıq. İnsan daxilən azad olmalıdır. Çox təəssüf ki, bizim daxili azadlığımız yoxdur. Bizim hər birimiz daxili azadlıq uğrunda mübarizə aparmalıyıq”, o bildirib.

XS
SM
MD
LG