Accessibility links

Leyla Yunus: Əliyev rejimi avrointeqrasiya tərəfdarlarını həbs edir- Siz yenə avrointeqrasiyadan danışırsınız [Audio-müsahibə]


Lelya Yunus
Lelya Yunus

NATO PA-nin Bakı sessiyasında aksiya - siyasi məhbusların plakatları qaldırılıb

Sülh və Demokratiya İnstitutunun nəzdində fəaliyyət göstərən Repressiyalara qarşı Müqavimət Mərkəzi NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: çağırışlar və imkanlar” mövzusunda Bakıda keçirilən seminarında etiraz aksiyası keçirib.
Leyla Yunusla müsahibə
please wait

No media source currently available

0:00 0:03:00 0:00
Direct link

Qısa fasilə zamanı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Repressiyalara Müqavimət Mərkəzinin bəyanatının mətnini seminar iştirakçılarına paylayıb.

Yunus Amerikanın Səsinə mü​sahibəsində bildirib ki, fasilə zamanı foyedə onun tərəfdarları “Vicdan məhbuslarına azadlıq!” plakatını qaldırıblar. Plakatda bütün siyasi məhbusların fotoları əksini tapıb.

O sessiyada çıxışında bildirib ki, ölkədə avrointeqrasiya tətəfdarları həbsə alınır.
“Azərbaycanda 130 siyasi məhbus var. Onların 40 nəfəri vicdan məhbusudur, 11 nəfəri jurnalist və bloger, 4 nəfəri hüquq müdafiəçisidir. Bu halda hansı avrointeqrasiyadan danışırsınız?”, Yunus bildirib.

Onun çıxışına rəsmi Azərbaycanı təmsil edən deputat reaksiya verib və ölkədə siyasi məhbusların olmadığını bildirlib.

Xarici nümayəndələrə müraciət edən L.Yunus qeyd edib ki, korrupsiya, avtoritarizm şəraitində yaşayan Azərbaycanın gələcəyi yoxdur.

ABŞ-ın Azərbaycanda keçmiş səfiri Metyu Brayzaya müraciət edən hüquq müdafiəçisi ümidvar olduğunu bildirib ki, Azərbaycanı tanıyan şəxs kimi o, öz çıxışında baş verənlərə qiymət verəcək. Yunus Brayzanı Azərbaycan hakimiyyətini dəstəklədiyinə görə qınayıb.

“Hər il Azərbaycanda işğəncələrdən 10 nəfər ölür və bu cinayətlərə görə heç kim cavabdehlik daşımır. Məhkəmə sistemi korrupsiyaya uğrayıb və icra hakimiyyətinin nəzarəti altındadır”, o vurğulayıb.

L.Yunus qeyd edib ki, “xalq diplomatityası” olmadan münaqişələrin nizamlanması mümkün deyil, lakin Azərbaycan hakimiyyəti repressiyalar yolu ilə bunu neytrallaşdırmağa çalışır.

“Jurnalist Rauf Mirqədirov Azərbaycan-Ermənistan birgə saytının layihəsində iştirakına görə casusluqda ittiham olunaraq həbs edilib".

Sonra L.Yunus sərbəst hərəkət hüququnun pozulduğunu qeyd edərək özünün və Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın ailə üzvlərinin ölkədən çıxışına qadağa qoyulmasını göstərib. M.Əzizova ona olan təzyiqlərə görə Azərbaycanı tərk etməli olub.

L.Yunus deyib: “Əliyev rejimi sizin susqunluğunuz şəraitində demokratiya ideyalarını məhv edir ki, bu da ölkəni acınacaqlı sonluğa gətirib çıxaracaq”.
XS
SM
MD
LG