Accessibility links

Amerika səfiri Gəncədə seçkiqabağı durumu müzakirə edib


Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı Feys Pirs Morninqstar
Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı Feys Pirs Morninqstar

Səfirliyin ictimai əlaqələr şöbəsinin rəhbəri isə Gəncə, Tovuz və Şəkidə olub

ABŞ-ın Azərbaycandakı əəfiri Riçard Morninqstar sentyabrın 21-22-də Gəncə şəhərinə (Bakıdan 360 kilometr qərb) səfər edib. Səfir Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə şəhər yerli seçki komissiyalarının nümayəndələri ilə və yerli qeyri-hökumət təşkilatları ilə görüşüb.

Amerika səfirliyinin məlumatına görə, görüşlərdə seçkiqabağı vəziyyət müzakirə edilib. Səfir həmçinin ABŞ Sülh Korpusunun könüllüləri ilə görüşüb, onların regionda azərbaycanlı həmkarları ilə işləri haqqında öyrənib.
Səfir Morninqstar xanımı Feys Morninqstarla birgə qadınların liderlik konfransında iştirak edib, məcburi köçkünləy üçün yeni inşa edilmiş qəsəbəyə baş çəkib.

ABŞ-ın Azərbaycadakı missiyasının ictimai əlaqələr şöbəsinin rəhbəri Stiven Qays səfir Morninqstarı Gəncə səfərində müşayiət edib.

S.Qays Tovuz və Şəkiyə də səfər edib, yerli media qurumları ilə görüşüb, mübadilə və mədəni proqram imkanları, hımçinin Amerika Mərkəzləri proqramları barədə müzakirələr aparıb.
XS
SM
MD
LG