Sentyabrın 12-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Mərkəzi Seçki Komissiyasının (MSK ) sədri Məzahir Pənahovla görüşüb.
MSK-nin rəsmi saytının məlumatına görə, səfir seçkilərin hazırki mərhələsində görülən işlər və planlaşdırılan layihələrlə maraqlanıb.
Namizədlərin qeydə alınması prosesinin yekunlaşmaq üzrə olduğunu qeyd edən M.Pənahov sentyabrın 16-dan seçkiqabağı təşviqat kampaniyasına start veriləcəyini diqqətə çatdırıb.
O, qeyd edib ki, qeydə alınmış namizədlərin seçki qanunvericiliyinə uyğun təşviqat aparmaları üçün bütün lazımi şərait yaradılıb.
Sədr qarşıdan gələn seçkilərin demokratik standartlara uyğun keçirilməsi üçün atılmış addımlardan söz açıb, qonağı maraqlandıran digər sualları cavablandırıb.
Görüşdə seçkilərlə bağlı əməkdaşlığın perspektivləri barədə müzakirələr də aparılıb.