Accessibility links

Ərəb Baharının təşəbbüskarları Tunisdə ilk demokratik seçkilərdə səs verdilər


Ərəb Baharının təşəbbüskarları Tunisdə ilk demokratik seçkilərdə səs verdilər
Ərəb Baharının təşəbbüskarları Tunisdə ilk demokratik seçkilərdə səs verdilər

Ötən il dekabrın 17-də Tunisin Sidi Buzid qəsəbəsində küçədə tərəvəz satan Məhəmməd Buəzizi polisin təhqirlərinə cavab olaraq özünü yandırdıqdan sonra nəhəng etiraz dalğasına ilham verdi: Bəhreyn, Misir, Liviya, Suriya və Yəməndə işsizlik, korrupsiya, səlahiyyətdən sui-istifadə və siyasi repressiyalardan cana doymuş xalqlar ayağa qalxdılar. Məhəmməd Buəzizinin ölümü Ərəb Baharına yol açdı.

Oktyabrın 23-də, Tunisdə prezident Zine el-Abdin Ben Əli 23 illik hakimiyyətinə son qoyulduqdan sonra tunislilər ölkə tarixində ilk demokratik seçkilərdə səs verdilər. 10,000 yerli və 500 beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT, Avropa İttifaqı və Karter Mərkəzindən gəlmiş nümayəndələr səsvermə məntəqələrində olublar.

4.1 milyon qeydiyyatdan keçmiş seçicilərin 70 faizindən çoxu 217 yerlik Milli Assambleyanın tərkibini müəyyən etmək üçün səs veriblər. Bu Assambleya Tunisin yeni gələcəyi üçün son dərəcə əhəmiyyətli olan yeni Konstitusiya yazacaq, və ölkənin idarə olunması üçün yeni fundamental prinsiplər və qaydalar müəyyənləşdirəcək. Assambleya yeni müvəqqəti hökuməti təyin etmək səlahiyyətinə malik olacaq.

Dünyaya ilham verdikdən bir il sonra Tunis xalqı irəliyə doğru mühüm addım atdı, deyə prezident Barak Obama bildirib. “Mən ilk demokratik seçkilərdə səs vermiş milyonlarla tunislini təbrik edirəm.”

“Küçələrdə və meydanlarda dinc etiraz aksiyalarına çıxaraq hüquqlarını aldıqları kimi, çox sayda tunislilər növbələrdə dyanaraq öz gələcəklərini müəyyən ediblər. İndi Tunis müvəqqəti hökuməti təsis etmək və yeni Konstitutsiyanı yazmaq və bütün tunislilərin arzularına cavab verəcək demokratik istiqamətdə getmək üçün çətin işə qədəm qoyur,” deyə o, bildirib.

Birləşmiş Ştatlar Tunis xalqı ilə ləyaqət, ədalət, söz azadlığı və hamıya geniş iqtisadi imkanlar bəxş edən cəmiyyət qurmaqda çiyin-çiyinə dayanacaq.

XS
SM
MD
LG