Liviyanın yeni müvəqqəti baş naziri Əbdül Rəhim əl-Kib onillərlə ABŞ-da yaşamış iş adamı və akademikdir. O, Liviyada üsyan başladıqdan sonra vətənə qayıdaraq üsyançılara yardım etməyə başlayıb.
Dünən bu vəzifəyə seçilənədək əl-Kib texnokrat kimi tanınırdı. Amma çoxları onun mötədil şəxs olaraq geniş ictimai dəstəyə malik olduğunu deyir.
Əl-Kib ABŞ-da elektrik mühəndisliyi üzrə təhsil alıb. O, Şimali Karolina Dövlət Universitetində doktorluq dərəcəsi aldıqdan sonra Alabama Universiteti və Birləşmiş Ərəb Əmirliklərindəki Neft İnstitutunda çalışıb.
O, Tripolidən 70 kilometr qərbdə yerləşən Sabrata sahil şəhərində boya-başa çatıb.
Əl-Kib idarəçiliyi dönəçində insan haqlarını əsas prioritet edəcəyini və ölkəni seçkilərə hazırlaşdıracağını bildirib.