Bu gün NATO-ya üzv dövlətlərin nümayəndələrinin Brüsseldə keçirilən yığıncağında təşkilatın Liviyadakı missyasının gələn həftə başa çatacağı barədə qərarı təsdiq edilib. Bu qərar BMT Təhlükəsizlik Şurasının Liviyadakı missiya mandatının başa çatmasını səsə qoymasından bir gün sonra verilib.
Liviyanın yeni hökumətinin alyans qüvvələrinin təhlükəsizlik məqsədi ilə ölkədə bu ilin axırınadək qalmalarını istəməsinə baxmayaraq, NATO Liviya əməliyyatlarının oktyabr ayının 31-də başa çatdıracağını bildirir.