Accessibility links

Beynəlxalq Cinayət Məhkəməsi Qəzzafinin oğlunu və sabiq kəşfiyyat rəhbərini axtarır


Seyf əl-İslam Qəzzafi
Seyf əl-İslam Qəzzafi

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Müəmmər Qəzzafinin oğlunu və sabiq Liviya kəşfiyyat rəhbərini cinayət məsuliyyətinə cəlb etmək üçün onun idarəsinin səy göstərdiyini deyir.

Luis Moreno-Okampo deyir ki, hazırda Seyf əl İslam Qəzzafinin təslim olmasını təşkil etmək üçün iş aparılır. Beynəlxalq Tribunal Qəzzafiyə sadiq qüvvələrin törətdikləri müharibə cinayətləri üzərində irimiqyaslı təhqiqata başlayıb. “Seyf əl-İslam Qəzzafi və Abdulla Senussinin təslim olmaq və ya gizlənmək öz seçimləridir. BMT Təhlükəsizlik Şurasının borcu bu adamları ədalət məhkəməsi qarşısına çıxarmaqdır,” deyə Okampo bildirib.

İttihamçılar hazırda Abdullah Senussinin Liviya dissidentləri və üsyançılarının ailə üzvlərinin kütləvi zorlanmasına göstəriş verməsi haqda deyilənləri araşdırırlar.

XS
SM
MD
LG