Beynəlxalq Cinayət Məhkəməsi (BCM) bildirir ki, vasitəçilər Müəmmər Qəzzafinin oğlu ilə təmas qurmuş və təhvil-təslim şərtlərini müzakirə etmişlər.
BCM ittihamçısı Luis Moreno-Okampo deyir ki, muzdlular Seyf-əl-İslam Qəzzafiyə Afrika ölkəsinə qaçmaqda yardım göstərməyə çalışırlar.
Moreno-Okampo bildirib ki, onun idarəsi təyyarənin tutulması üçün göstəriş verə bilər. Dolaşan məlumatlara görə Seyf əl-İslam Saharadan keçərək qonşu ölkəyə daxil olmaq istəyir.
BCM Seyf əl-İslamı bəşəriyyətə qarşı cinayətlərdə ittiham edir. O, həmçinin atasının rejiminə qarşı qalxmış mülki vətəndaşları öldürməkdə günahlandırılır.