Accessibility links

Tunis seçkilərində irəlidə gedən islamçı partiya baş nazir postuna namizədini göstərir


Tunis seçkilərində irəlidə gedən islamçı partiya baş nazir postuna namizədini göstərir
Tunis seçkilərində irəlidə gedən islamçı partiya baş nazir postuna namizədini göstərir

Tunisdə tarixi seçkilərdə hesablanan səslərə görə irəlidə gedən islamçı Ennahda partiyası liderlərindən birini baş nazir vəzifəsinə namizəd irəli sürmək istədiyini bildirib.

Mətbuatın verdiyi məlumatlara görə, Ennahda partiyası baş katib Hamadi Cebalinin Tunis hökumətinin başçısı vəzifəsinə namizədliyini irəli sürəcək.

Tunisin Mərkəzi Seçki Komissiyasının rəsmiləri bazar günü keçirilmiş seçkilərin son nəticələrini bu gün açıqlayacaqlarını bildirir. İlkin nəticələrə əsasən, mötədil Ennahda partiyası 217 yerlik parlamentdə səslərin əksəriyyətini qazanıb.

Seçki rəsmilərinin sözlərinə görə, son nəticələrin elan edilməsi paytaxt Tunus ətrafındakı dairələrdə səslərin hesablanmasından asılı olacaq.

XS
SM
MD
LG