Accessibility links

ABŞ prezidenti Ağ Evdə Tunisin Baş naziri ilə görüşüb


ABŞ prezidenti Ağ Evdə Tunisin Baş naziri ilə görüşüb
ABŞ prezidenti Ağ Evdə Tunisin Baş naziri ilə görüşüb

ABŞ prezidenti Barak Obama Tunisin Baş naziri Baci Cəid Essebsi ilə görüşdə onun ölkəsinin Ərəb Baharında baslıca rol oynadığını deyib.

Ağ Evdə Ərəb Baharının baş verdiyi ölkənin lideri ilə ilk görüşündə cənab Obama Tunis liderinə deyib ki, Tunisdə baş verən hadisələr bütün dünyanı ruhlandırmışdır. “Tunis hər bir insanın ayrılmaz hüquqları olduğu və bu hüquqlara cavabdeh, demokratik, azad və ədalətli seçkilərin keçirildiyi bir hökumətdə hörmət edilməli olduğuna inanan hamımız üçün ilham mənbəyi oldu”-deyə ABŞ prezidenti bəyan edib.

Cənab Essebsi prezident Obamaya Tunisdə fevral ayında baş vermiş dəyişiklikləri alqışlayan ilk dövlət başçısı olduğuna görə təşəkkürünü bildirib. O, Tunisdə baş verən dəyişikliklərin digər regionları həqiqitən də ruhlandıracağına ümid bəslədiyini deyib.

Tunisdə oktyabrın 23-də seçkilər keçiriləcək.

XS
SM
MD
LG