Accessibility links

Quba hadisələri ilə bağlı həbs edilənlər var


Quba hadisələri ilə bağlı 5 nəfər saxlanılıb. Onlardan 3-ü Bakıya gətirilib və onlara qarşı ittiham irəli sürülüb.

Quba hadisələri ilə bağlı 5 nəfər saxlanılıb. Onlardan 3-ü Bakıya gətirilib və onlara qarşı ittiham irəli sürülüb.
Qubadakı müxtəlif mənbələrdən Turan-a bəlli olub ki, ilkin olaraq hadisələrlə bağlı videoçəkilişlərə baxış keçirilib. Bundan sonra İcra Hakimiyyəti başçısı Rauf Həbibovun evinin yandırılmasında iştirakı güman edilən 5 nəfər saxlanılıb.
İlkin qeyri-rəsmi məlumatlara görə, Alxas Danyalov, Samir Xammədov, Fərhad Abdullayev, Xəyyam Yunusov və Murad Zakirov saxlanılıb və sonradan onlardan iki nəfəri azad buraxılıb.
A.Danyalov və S.Xammədovun vəkilləri onlara qarşı Cinayət Məcəlləsinin 186.1 (əmlakı qəsdən məhv etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) maddələri ilə cinayət işi başlandığını Amerikanın Səsi radiosuna təsdiq ediblər.
A.Danyalovun vəkili Rəfiqə Seyidova bildirib ki, müdafiə etdiyi şəxs Kürdəxanı istintaq təcridxanasında saxlanılır və barəsində iki ay həbs qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanları Quba hadisələri ilə bağlı həbs olunanların sayı və Cinayət Məcəlləsinin hansı maddələri ilə cinayət işinin qaldırılması barədə şərh vermir.

XS
SM
MD
LG