Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş 22 nəfər Azərbaycan vətəndaşının həbsindən danışıb. Milli Təhlükəsizlik nazirliyinin keçmiş əməkdaşı olan cənab Oruclu hesab edir ki, İran və Azərbaycan arasında casus mübahisəsi davam edəcək.
Politoloqun fikrincə, İran və Azərbaycan arasında gərginliyin artması hər iki tərəf üçün faydalıdır. İranda iki gün öncə prezident Əhmədinejatın parlamentdə sorğu-sual edilməsi və tərəfdarları ilə parlament qarşısında baş verən qarşıdurma İranda hakimiyyətdaxili münasibətlərin də gərginliyindən xəbər verir. İranda prezident və onu dəstəkləyən SEPAH seçkilərdə məğlub olub. Azərbaycanda isə SEPAH-ın casus şəbəkəsi ifşa olunub. Bununla yanaşı, Azərbaycan hakimiyyəti də qərbə nümayiş etdirir ki, İrana qarşı siyasətdə onların siyasətini müdafiə edir. Eyni zamanda, Azərbaycanın bu siyasəti İsrailin marağındadır.