Accessibility links

İran müdafiə naziri: Azərbaycan rəsmiləri İranla dost münasibətləri pozmağa cəhd edənlərin qarşısını alacaq


İran müdafiə naziri: Azərbaycan rəsmiləri İranla dost münasibətləri pozmağa cəhd edənlərin qarşısını alacaq
İran müdafiə naziri: Azərbaycan rəsmiləri İranla dost münasibətləri pozmağa cəhd edənlərin qarşısını alacaq

Nazirin bəyanatı İranın “Sepah” xüsusi xidmətinin tapşırığı ilə fəaliyyət göstərən terrorçu qrupun Azərbaycanda neytrallaşdırılmasına ilk rəsmi reaksiyasıdır.

İranın müdafiə naziri, briqada generalı Əhməd Vahidi bildirib ki, bəzi ölkələr İranın öz qonşuları ilə dost münasibətində olmasını istəmirlər və bu münasibətləri pozmağa çalışırlar. Vahidi bu barədə cümə axşamı Azərbaycanda terrorizmdə ittiham olunan iranlı vətəndaşların həbsi barədə məlumatları şərh edərkən bildirib. Məlumatı İRNA agentliyi yayıb.

Tehranda beynəlxalq seminarda çıxış edən Vahidi ümidvar olduğunu bildirib ki, “Azərbaycanın rəsmi şəxsləri İranla Azərbaycan arasında dost münasibətləri pozmağa cəhd göstərən bəzi qrupların hiyləgər fəndlərinin qarşısını alacaq”.

Cənab Vahidinin bəyanatı 2008-2009-cu illərdə İranın “Sepah” xüsusi xidmətinin tapşırığı ilə fəaliyyət göstərən İran, Azərbaycan və Livan vətəndaşlarından ibarət terrorçu qrupun neytrallaşdırılması barədə Azərbaycan telekanallarının 30 dəqiqəlik reportajına Tehranın ilk rəsmi reaksiyasıdır. Qrup İsrailin Bakıdakı səfirliyinə qarşı terror aktının törədilməsi barədə tapşırıq alıb və bundan ötrü lazımi hazırlıq işi aparıb. Son məqamda qrupun üzvləri həbs olunublar.

XS
SM
MD
LG