Accessibility links

Prezident Obama Ramazan münasibəti ilə bəyanat verib


September 29, 2008 (file photo)
September 29, 2008 (file photo)

Amerika prezidentinin bəyanatında deyilir ki, dünyanın hər tərəfindəki çoxlu müsəlman üçün Ramazan eyni zamanda dərin təfəkkür və fədakarlıq vaxtıdır. Başqa dinlərdə olduğu kimi orucluq, eyni zamanda, dini inamı, nizam-intizamı daha da möhkəmləndirir və Allahın mərhəmətini artırır, yoxsullara yardımın əhəmmiyyətini bizə xatırladır.

Ağ Evin Mətbuat Xidməti bu gün prezident Obamanın Ramazan münasibəti ilə verdiyi bəyanatı yayıb. Bəyanatın əvvəlində ABŞ prezidenti özü və xanımı Mişel Obamanın Birləşmiş Ştatlar və dünya müsəlmanlarına xoş arzularını bildirir. Bəyanatda deyilir ki, ailələr və icmalar iftar açmaq və dua etmək üçün bir yerə toplaşmağın xoşbəxtliyini bölüşür. Rabatdan tutmuş Cakartaya qədər bir çox şəhərlərdə alış-veriş mərkəzləri gecələr işləyir və qaranlığa işıq saçır. Burada, Birləşmiş Ştatlarda da amerikalı müsəlmanlar Ramazan adət-ənənələrini qonşuları, tələbə və iş yoldaşları ilə bölüşür.

Amerika prezidentinin bəyanatında deyilir ki, dünyada bir çox müsəlman üçün Ramazan eyni zamanda dərin təfəkkür və fədakarlıq vaxtıdır. Başqa dinlərdə olduğu kimi orucluq, eyni zamanda, dini inamı, nizam-intizamı daha da möhkəmləndirir və Allahın mərhəmətini artırır. Prezident Obama deyir ki, Ramazan yoxsullara yardımın əhəmmiyyətini xatırladır. O, əlavə edir ki, Somali və Afrika Buynuzunda insanların necə həyatlarını itirdikləri barədə xəbərlər, sağ qalmağa çalışan ailələrin və uşaqların vəziyyətini göstərən şəkillər bizə insanlığımızı və hərəkətə keçməyə məcbur olduğumuzu göstərir. Amerika prezidenti deyir ki, indi daha böyük bir fəlakətin qarşısını ala bilmək üçün davam etməkdə olan yardım fəaliyyətlərinə dəstək və kömək üçün ölkələr və xalqların bir yerdə hərəkət etməsi vaxtıdır.

Prezident Obama qeyd edib ki, belə zamanlar İslam da daxil olmaqla, bütün böyük dinlərin dərsini xatırladır: başqalarının bizə etmək istədiyini biz başqalarına etməliyik. ABŞ prezidenti deyir ki, ruh yüksəkliyi ilə dünya müsəlmanlarına mübarək bir ay arzulayır və Ağ Evdə bir daha iftar ziyafəti verməyi səbirsizliklə gözləyirəm. Ramazan kərim.

XS
SM
MD
LG