Son rəy sorğularının nəticələrinə görə, Amerikada seçicilərin əksəriyyəti Barak Obamanın ikinci dönəm prezidentliyinin əleyhinədir. Quinnipiac universitetinin keçirdiyi sorğuda respondentlərin 51 faizi Obamanın yenidən seçilməsinə mənfi, 42 faizi isə müsbət səs verib. Obamanın reytinqinə dair isə fikirlər bərabərdir. 47 faiz ondan razılığını, 47 faiz isə narazılığını bildirib. Prezidentlik yarışlarında cənab Obama seçicilərin respublikaçı rəqibi Mitt Romni ilə bərabər 45 faiz dəstəyini əldə edib. Bu ayın əvvəlində Gallup-ın keçirdiyi sorğunun nəticəsi 39 faiz amerikalının onun fəaliyyətindən razı qaldığını göstərmişdi. Bu, Barak Obamanın hakimiyyətə gəlməsindən bəri ən aşağı göstəricidir.