ABŞ prezidenti Barak Obama 3 ştata avtobus turnesini İllinoys ştatında yeni iş yerləri barədə planını açıqlamaqla başa vurub. ABŞ prezidenti vergilərin ixtisarı, infrastruktura investisiya qoyuluşu və işsizlərə yardıma çağırıb. Prezident deyib ki, ikipartiyalı konqres komitəsinə 1.5 trillion dollarlıq əlavə ixtisar planı təqdim edəcək. Barak Obama Amerika siyasətinin yarasızlığından danışaraq, problemin Amerikada deyil, siyasətində olduğunu vurğulayıb. Daha əvvəl Ayova ştatında keçirilən iqtisadi forumda iştirak edən Barak Obama deyib ki, Konqresin bəzi üzvləri Amerika xalqına yardım edəcək qanun layihəsinin təsdiqindənsə, diqqətini prezident seçkilərinə yönəldib. O, Konqresi ölkədə məsrəflərə dair mübahisələri həll etməməkdə günahlandırıb. Barak Obamanın avtobus turnesi onun iqtisadi dirçəliş fəaliyyətlərinə dair tənqidlərə cavab mahiyyəti daşıyırdı. Bu arada, Massaçussets ştatının sabiq qubernatoru Mitt Romni və Texas qubernatoru Rik Perri daxil olmaqla, prezidentliyə respublikaçı namizədlər Obamanı kəskin tənqid edib.