Prezident Barak Obama Konqresi ölkənin maraqlarını siyasətdən önə qoymağa və insanları işə qaytarmağa çağırıb.
Cənab Obama həftəlik müraciətini mərkəzi İllinois ştatındakı ferma qəsəbəsindən ünvanlayıb.
O, Konqresi magistral, körpü və aeroport inşalarını nəzərdə tutan yol tikintisi qanununu qəbul etməyə səsləyib. O, həmçinin ailəbaşı illik gəlir vergilərini $1000 azaldan qanunu qəbul etməyə səsləyib.
Cənab Obama bunları “Respublikaçıların və Demokratların dəstəklədikləri ağlabatan ideyalar” adlandırıb. O, Konqres üzvlərini siyasətlə oynamaqla ölkəni geri salmaqda ittiham edib.
Respublikaçıların cavab müraciətində Ohayo qubernatoru Con Keysik partiyadaşlarını Demokratlarla birgə işləməyə, amma prinsiplərdə güzəştə getməməyə çağırıb.
Artıq ikinci ildir ki, ABŞ-da işsizlik səviyyəsi 9 faizdə qərar tutub.