Accessibility links

İqtisadiyyatdakı tənəzzül Ramazan ayında Fələstində də özünü büruzə verir


İqtisadiyyatdakı tənəzzül Ramazan ayında Fələstində də özünü büruzə verir
İqtisadiyyatdakı tənəzzül Ramazan ayında Fələstində də özünü büruzə verir

Fələstin hökuməti xarici donorların vəsait verməməsinə görə bölgədəki gəlirin xərclərin yarısına belə çatmadığını deyir

Müqəddəs Ramazan ayının ikinci həftəsidir və dünya müsəlmanları gün çıxandan gün batana qədər oruc tutur. İqtisadiyyatdakı tənəzzül bu il hər yerdə olduğu kimi Fələstində də özünü büruzə verir. Maliyyə çatışmazlığı səbəbindən Fələstinin hökumət işçilərinin də maaşları gecikdirilir. Tətil xəbərdarlığından sonra 150 min mülki qulluqçuya bu ay maaş ödənilib. Bu, onalara olan borcun yarısıdır.

Qəssab Tamir Mərmaş alıcıların əziyyət çəkdiklərini, çox adamın banka borcu olduğunu və əvvəlcə həmin borcu ödəməyə çalışdıqlarını deyir. “Əgər mülki qulluqçunun maaşı 700 dollardırsa, onlar evə yalnız 100 dollar apara bilirlər. Onlar nə etsinlər? Ona görə də onlar oğurluq edirlər, çünki başqa çarələri yoxdur” – deyə, Tamir bildirir.

Fələstin hökuməti əsasən də Ərəb ölkələri və Qərb hökumətləri daxil edilməklə, xarici donorların vəsait verməməsinə görə bölgədə gəlirin xərclərin yarısına belə çatmadığını deyir.

Hani Əl-Məsri Ramallahdakı Siyasət Mərkəzinə başçılıq edir. O, bəzi donorlar ölkələrin Fələstinin BMT-yə üzv olmaq fikrini dəstəkləmədiklərini, bəzilərinin isə onların verikləri vəsaitin Fələstindəki əsas iki partiya - Həmas və Fətah partiyaları arasında bölüşdürülməsini istəmədiklərini deyir. “Burada əsas idarə səsvermə yolu ilə qurulmuş Qanunvericilik Şurasıdır. Bu təşkilatın vəzifəsi İcra Hakimiyyətinə nəzarətdir və bu təşkilat öz vəzifəsini yerinə yetirmir. Bu da o deməkdir ki, İcra hakimiyyətinə nəzarət yoxdur və bu səbəbdən korrupsiya asanlaşır və daha da artır.”

Əl-Məsri deyir ki, bölgədəki korrupsiya donorları da narahat edir. O, yeganə çarənin iki rəqib qrupun barışması olduğunu deyir.

XS
SM
MD
LG