ABŞ prezidenti Barak Obama Atalar Günü ərəfəsində amerikalı atalara xatırladıb ki, uşaqların hər şeydən öncə onlardan istədikləri vaxt və qeyd-şərtsiz sevgidir.
Həftəlik müraciətində cənab Obama deyib ki, atasız böyüməyin məşəqqətləri onu qızları Malia və Saşaya tərbiyə verməkdə daha çox əmək sərf etməyə sövq edib.
Cənab Obama deyib ki, onu əsasən Havaydakı nənə-babası ərsəyə gətirib, amma bilmək istərdi ki, görəsən atası evdə olsaydı necə olardı.
Prezident həmçinin deyib ki, onun öyrəndikləri budur ki, uşaqlara ardıcıllıq və intizam lazımdır ki, onlarda erkən yaşlardan məsuliyyət hissi formalaşsın.
Barak Obama əlavə edib ki, iqtisadi problemlər bir çox ailələrin durumunu çətinləşdirib amma bütün atalar uşaqlarının rifahı üçün əllərindən gələni əsirgəməməlidirlər.