Accessibility links

Misirin sabiq daxili işlər nazirinin məhkəməsi təxirə salınıb


Solda sabiq daxili işlər naziri Həbib Əl-Ədli
Solda sabiq daxili işlər naziri Həbib Əl-Ədli

Misirin sabiq daxili işlər naziri Həbib Əl-Ədlinin məhkəməsininin təxirə salındığı bildirilir. Bu isə onun məhkəməsinin hakimiyyətdən qovulmuş, Misir prezidenti Hüsnü Mübarəkin məhkəməsi ilə üst-üstə düşəcəyi deməkdir.

Misirin sabiq prezidenti Hüsnü Mübarək və sabiq daxili işlər naziri Həbib Əl-Ədli fevral ayında prezidentin istefasını tələb edən etiraz aksiyaları zamanı insanları öldürmək ittihamı ilə üzləşirlər. Məhkəmə proseslərinin avqust ayının 3-ə təyin edildiyi deyilir.

Misir məhkəməsi sabiq daxili işlər nazirinə qarşı artıq korrupsiya ittihamı irəli sürüb və 12 il həbs cəzasına məhkum edib.

XS
SM
MD
LG