Accessibility links

Hüsnü Mübarəkin məhkəməsinə son hazırlıqlar gedir


Hüsnü Mübarəkin məhkəməsinə son hazırlıqlar gedir
Hüsnü Mübarəkin məhkəməsinə son hazırlıqlar gedir

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin məhkəməsinə son hazırlıqlar gedir. Televiziya ilə nümayiş etdiriləcək prosesdə onun iki oğlu və digər yüksək səlahiyyətli rəsmilərin işinə baxılacaq. Sabah Misirin paytaxtı Qahirə yaxınlığında keçiriləcək məhkəmə qarşısına Mübarəkin oğulları-Camal və Alaa, sabiq daxili işlər naziri Həbib Əl-Əbli və 6 keçmiş təhlükəslik rəsmisi dəmir barmaqlıqlar arxasında çıxarılmalıdır. Onlara qarşı fevral ayında 800-dək nümayişçinin öldürülməsi və korrupsiya ittihamları irəli sürülüb.

XS
SM
MD
LG