On minlərlə misirli Qahirənin Təhrir meydanına toplaşaraq siyasi islahatların ləng getməsinə və demokratiya yönümlü nümayişlər zamanı repressiya qurbanları üçün ədalətin bərqərar olmamasına etiraz ediblər.
Nümayişçilər meydanın mərkəzində çadırlar qurublar. Fevral ayında Təhrir meydanında baş qaldıran etiraz aksiyaları Misir lideri Hüsni Mübarəkin devrilməsi ilə nəticələnmişdi.
Nümayiş bir çox misirliləri qəzəbləndirən məhkəmə qərarlarının ardınca baş verir.