Misirdə məhkəmə sabiq prezident Hüsni Mübarək və onun xanımı Syuzanın adının bütün dövlət idarələrindən və təsislatlarından yığışdırılmasına dair qərarın icrasını müvəqqəti dayandırıb.
Məhkəmə elan edib ki, gələn çərşənbə günü keçiriləcək appelyasiya dinləməsinədək qərar təxirə salınır. Bəzi vəkillər bu barədə məhkəməyə müraciət edərək Mübarəkə qarşı çıxarılmış hökmün ləğvinə çağırıblar.
Misir məhkəməsi hökmü aprel ayında açıqlamışdı. Hakim Məhəmməd Həsən Ömər deyib ki, cnab Mübarəkin istintaqı zamanı aşkar olunan korrupsiyanın həcmi təsəvvürə gəlməyəcək dərəcədə nəhəngdir.
Avqustda Hüsni Mübarək saxtakarlıq və müxalifət nümayişçilərinin qətlə yetirilməsi ilə bağlı mühakimə olunacaq.