Accessibility links

Misirdə xalqa atəş açmış polis liderləri mühakimə olunur


Misirdə xalqa atəş açmış polis liderləri mühakimə olunur
Misirdə xalqa atəş açmış polis liderləri mühakimə olunur

Misirin sabiq daxili işlər naziri və altı polis komandiri bu gün nümayişçilərə atəş açmaq əmri verdiklərinə görə məhkəməyə qayıdıblar. Dünən onlar sabiq prezident Hüsni Mübarəklə birgə mühakiməyə çıxarılmışdılar.

Başqa polis zabitləri ilə bərabər Həbib əl-Ədli fevral ayında Mübarəki hakimiyyətdən devirən inqilab zamanı yol verdikləri qanunsuzluqlarla bağlı ittihamlarla üzləşirlər. Məhkəmə artıq əl-Ədlini korrupsiya ittihamları ilə günahkar bilərək onu 12 il azadlıqdan məhrum edib.

Hakim cənab Mübarəkin məhkəmə işinə avqustun 15-dən sonra baxacaq. Hospital çarpayısında məhkəmə zalına gətirilən 83 yaşlı devrilmiş prezident 850 inqilabçının öldürülməsinə əmr verməsi barədə ittihamları rədd edib.

Cənab Mübarək xalq üsyanları ərəb dünyasını bürüyəndən bəri şəxsən mühakimə olunan ilk ərəb liderdir. O, həmçinin korrupsiya ittihamları ilə üzləşir.

XS
SM
MD
LG