Accessibility links

Misir xalqı diktatorun gedişini ikinci gecədir ki, bayram edir (YENİLƏNİR)


Uşaqlar tankın üzərində inqilabın qələbəsini bayram edir
Uşaqlar tankın üzərində inqilabın qələbəsini bayram edir

Rəsmilər baş nazir Əhməd Şafiqin bazar günü mətbuat konfransı keçirəcəyini bildiriblər. Sabiq prezident Mübarək istefa verməmişdən öncə aviasiya naziri olan Şafiqə kabinet təşkil etməyi tapşırmışdı.

Misirlilər 18 gün sürən nümayişlərdən sonra ikinci gecədir ki, hakimiyyəti tərk edən Hüsni Mübarəkin istefasını bayram edirlər.

Dövlət televiziyası ilə xalqa müraciətində Misir hərbçiləri yeni idarəçi qurum təsis olunanadək hazırkı kabinet nazirlərinin öz postlarında qalacaqlarını elan edib. Hərbçilər həmçinin Misirin beynəlxalq öhdəliklərinə sadiq qalacaqlarını bəyan ediblər. İsrail baş naziri Benyamin Netanyahu Misirin öz ölkəsi ilə sülh müqaviləsinə sadiq qalacağı haqda bəyanatı məmnunluqla qarşılayıb.

Rəsmilər baş nazir Əhməd Şafiqin bazar günü mətbuat konfransı keçirəcəyini bildiriblər. Sabiq prezident Mübarək istefa verməmişdən öncə aviasiya naziri olan Şafiqə kabinet təşkil etməyi tapşırmışdı.

Bəzi nümayişçilər islahatların həyata keçirilməsi üçün günəlik nümayişləri davam etidrəcəklərini bildiriblər. Onlar parlamentin buraxılmasını və yeni konstitutsiyanın yazılmasını tələb edirlər.

Dünən yüz minlərlə insanın toplaşdığı Təhrir meydanında izdiham seyrəlməyə başlayıb. Əsgərlər tikanlı məftil baryerləri və tullantıları təmizləyirlər. Bəzi hallarda nümayişçilər onlara yardım göstərir.

Misirin vitse-prezidenti Ömər Süleyman dünən dövlət televiziyası ilə xalqa qısa müraciətində Hüsni Mübarəkin istefa verdiyini elan etdi. Süleymanın bəyanatı bütün Misir şəhərləri boyu küçələrə çıxmış yüz minlərlə insanı coşdurdu. Xalq küçələrdə "Misir Azaddır! Misir Azaddır!" deyə hayqırdı. Bəziləri diz üstə çökərək 30 il ölkəyə rəhbərlik etmiş diktatorun hakimiyyətdən getməsinə görə Allaha şükr etdilər.

Son xəbərlərə görə sabiq prezident Hüsni Mübarək cənub kurortu olan Şarm el Şeyxə yola düşüb.

XS
SM
MD
LG