Accessibility links

Vəkil: Bəxtiyar Hacıyev çox qorxulu bir durumdadır 


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İnsan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 33 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Fevralın 10-da vəkillər Aqil Layıc, Fəxrədin Mehdiyev və Rövşanə Rəhimli təcridxanada Bəxtiyar Hacıyevlə görüşüb.

Vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə müsahibəsində deyib ki, Hacıyevin səhhəti yaxşı deyil.

Vəkil: Bəxtiyar Hacıyev çox qorxulu durumdadır
please wait

No media source currently available

0:00 0:02:31 0:00

“Hacıyevin nəbzi 68, bədən temperaturu 35,9 selsi, arterial qan təzyiqi 90/60, çəkisi 69 kiloqramdır. Mədə sancıları əvvəlki kimi davam edir, ürək ağrılarından əziyyət çəkir, davamlı olaraq baş ağrıları var, əlləri əsir, gözləri çuxura düşüb”, o qeyd edib.

Rövşanə Rəhimli
Rövşanə Rəhimli

Vəkil deyib ki, Hacıyevin fikri konkretdir, aclığı dayandırmaq fikri yoxdur. Ölümünü göz önünə alıb və aclığı davam etdirir. Hər hansı müalicə müəssisəsinə köçürülməsi ilə razılaşmır. O hətta bu gün də quru aclığa keçəcəyi ilə bağlı fikrini səsləndirdi. Biz vəkillər əlimizdən gələni edirik ki, onu bu fikirdən daşındıraq. Quru aclığa keçmək onun ölümü deməkdir. Zatən, indi də həkimlər onun səhhətini kritik qiymətləndirir. Onun komaya düşmək ehtimalı var. Çox qorxulu bir durumdadır” vəkil qeyd edib.

Dünən, fevralın 9-da tibb elmləri doktoru Adil Qeybulla təcridxanada Bəxtiyar Hacıyevi müayinə edib.

“Hesab edirəm ki, onun səhhətində getdikcə zəifləmə təbiidir. Əlbəttə aclığı davam etdirərsə təzyiqi, şəkəri daha da düşər, vəziyyəti daha da pisləşər, komatoz (beyin qan dövranının pozulması və beyin toxumalarının toksik zədələnməsi) duruma düşə bilər. Bu təhlükələr var,” o, Amerikanın Səsinə qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

Rüfət Səfərov, Anne Boillon və Zaur Əkbər (Fotonu Rüfət Səfərov təqdim edib)
Rüfət Səfərov, Anne Boillon və Zaur Əkbər (Fotonu Rüfət Səfərov təqdim edib)

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 33 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə 14 gün aclıq edib

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə “Azadlıq Bəxtiyarın haqqıdır!” devizi ilə video müraciət yayıblar.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

Bu gün, fevralın 10-da “Müdafiə Xətti"nin həmtəsisçiləri Rüfət Səfərov və Zaur Əkbər Fransanın Azərbaycandakı səfiri Anne Boillon ilə görüşündə insan haqlarının son durumu, xüsusilə də qanunsuz həbsinə etiraz olaraq 33 gündür aclıq edən Bəxtiyar Hacıyevin məsələsini müzakirə edib.

XS
SM
MD
LG