Kürd döyüşçülər Suriyada Kobanidə İslam Dövləti qrupunun irəliləməsinin qarşısını alsa da, Türkiyə ilə sərhəd bölgəsində yerləşən şəhər uğrunda şiddətli döyüşlər davam edir.
ABŞ-ın hərbi komandanlığı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə bazar günü Kobanidə üç hava hücumunun həyata keçirildiyini və yaraqlıların möqelərinin məhv edildiyini bildirib.
Britaniyada mənzillənən Suriyada İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, yaraqlılar ağır tələfatlar verir.
BMT-nin Baş katibi Ban Ki Mun Kobaniyə nəzarət uğrunda döyüşlərdə minlərlə insanın həyatının ortaya qoyulduğunu deyib. O, tərəflərə qətliama yol verməməyə və mülki vətəndaşları qorumağa dair xəbərdarlıq edib.
Prezident Rəcəp Tayyib Ərdoğana beynəlxalq təzyiqlərin artmasına baxmayaraq, Türkiyə hərbi qüvvələri vəziyyətə müdaxilə etmir.
Türkiyə hökuməti döyüşlərə qoşulmaqdan imtina edərək, Kobanini müdafiə edən kürd döyüşçülərlə PKK arasında əlaqələrə işarə edir. Türkiyənin cənubun-şərqində on illərdir müstəqillik uğrunda silahlı mübarizə aparan PKK rəsmi Vaşinqton və Ankara tərəfindən terrorçu qrup kimi ta