Accessibility links

Kobani sakinlərinə şəhəri tərk etmək göstərişi verilib


Kobanidə döyüşlər şəhərdə qalmış bir neçə min sakinin Türkiyə sərhədlərinə üz tutmasına səbəb olub. Lakin sərhədləri keçmək göründüyü kimi asan deyil.

Kürd qaçqın qadınlar onlar üçün yeganə təhlükəsiz yer olan Türkiyəyə girişin çətinliyindən şikayətlənir.

Türkiyənin sərhəd keşikçiləri artıq 15 gündür bu insanların ölkəyə girişini yubadır.

Problemə qaçqınların özləri ilə gətirdikləri heyvanları və maşınlarını da Türkiyəyə keçirmək istəyidir.

Türkiyə sərhədləri avtomobil parkını xatırladır. Maşınların çoxu sahibləri tərəfindən tərk edilsə də, bəzi adamlar heyvan sürüləri, maşınlarını qorumaq üçün keçik çəkir.

Sərhəd keşikçilərinə heyvanlara görə rüşvət verən çobanların burada nə qədər qalacağı məlum deyil. Belə ki, İŞİD yaraqlıları sərhədlərə doğru irəliləyir.

ABŞ-ın başçılığı ilə koalisya qüvvələrinin havadan hücumlarına baxmayaraq, yaraqlılar Kobaninin mərkəzinə çatıb.

Kürd döyüşçülər şəhərdə qalan 20 min sakinin evlərini tərk etməsinə göstəriş verib.

Qadınlar İslam Dövlət yaraqlılarının tanklarla hər kəsi atəşə tutduğunu və hətta qadınları zorladıqlarını deyib.

Hazırda Kobanidən nə qədər adamın Türkiyədə sığınacaq tapdığını demək mümkün deyil. Bircə şey məlumdur ki, sərhəd Suruc şəhəri qaçqın axınının öhdəsindən gələ bilməyəcək.

Türkiyə rəsmiləri 100-lə 200 min arasında qaçqının bu günlər sərhədləri keçdiyini bildirir.

XS
SM
MD
LG