Suriyanın kürd şəhəri Kobanidə döyüşlər davam edir. Şahidlərin dediyinə görə, islamçılar şəhərin bir neçə bölgəsini atəşə tutub.
Kürd döyüşçülər isə yaraqlıların 3 həftədir davam etdirdiyi hücumlara müqavimət göstərir.
Kürd mənbələrinin Amerikanın Səsinin Türkiyə sərhədyanı zonasında olan müxbiri Cemi Dettmerə bildirdiyinə görə, islamçılar məhkəmə binası, polisin baş qərargahı və bələdiyyə idarəsinin nəzarətini ələ keçirib.
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan De Mistira Türkiyəni könüllü kürdlərin sərhədləri keçib,şəhərin müdafiəsinə qoşulmasına yol verməyə çağırıb.
Nümayəndə Kobanidə 700-ə yaxın sakinin ilişib qaldığını və onların çox ehtimal ki, öldürüləcəyini bildirib.
Nümayəndə Türkiyəni könüllü kürdlərin sərhədləri keçib,şəhərin müdafiəsinə qoşulmasına yol verməyə çağırıb.
Türkiyə prezidenti Rəcən Tayyib Ərdoğan kürdlərin müdafiəsi tələbi ilə nümayişçilərin küçələrə çıxmasına imkan verilməyəcəyini deyib.
Qeyd edək ki, Diyarbəkirdə dünəndən bəri qadağan saatının qüvvəyə minməsinə baxmayaraq, kürd azlığı zorakı etiraz aksiyaları keçirir. Onlar hökumətin İslam Dövlətinə qarşı əməliyyata keçməsini tələb edir.
Polis aksiyaları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Dünən ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri islamçıların Kobanidəki mövqelərini hədəf alıb.
ABŞ-ın müdafiə rəsmiləri kürlərin şəhərin əksər hissəsini nəzarətdə saxladıqlarını deyir.