İslam Dövləti qrupunun yaraqlıları SuriyanınTürkiyə ilə sərhəd Kobani şəhərinə yaxınlaşır. Türkiyə parlamenti qrupa qarşı hərbi tədbirlərin görülüb-görülməməsinə dair səsvermə keçirir.
Britaniyada qərərgahlanan Suriya İnsan Haqlarının Müşahidəsi qrupu bildirib ki, kürd döyüşçülər Ayn Əl-Arab adı ilə də tanınan şəhərin 100 metirliyində İŞİD yaraqlılarına qarşı döyüşür.
Türkiyə hökuməti qanunvericilərdən qonşu Suriya və İraqda terrorçu qruplara qarşı hərbi qüvvələrdən istifadəyə icazə vermələrini istəyib.
Səsvermələr ola bilsin ki, xarici qüvvələrin İslam Dövləti qrupuna qarşı Türkiyədən əməliyyatlara keçməsinə də icazə versin.
Sentyabrın ortalarında İŞİD-in hücumlarının Kobani ərazisində intensivləşməsindən bəri 160 mindən çox qaçqın sərhədi aşaraq Türkiyəyə keçib.
Suriyada vətəndaş müharibəsi başlayandan bəri bir milyondan çox insan Türkiyəyə pənah aparıb.