Accessibility links

Türkiyənin Kobaniyə girməsi üçün təzyiqlər artır


Türkiyə bildirir ki, Ankaradan İslam Dövləti yaraqlılarına qarşı Suriyada təkbaşına quru əməliyyatları keçirməsi gözlənilə bilməz.

Xarici işlər naziri Mövlud Çavuşoğlu NATO baş katibi Cens Stoltenberqlə birgə mətbuat konfransında bildirib ki, Türkiyənin yaraqlılara döyüşə yardım etməsinə dair danışıqlar davam edir.

Türkiyə həftələrdir kürd döyüşçülərin İslam Dövləti qrupuna qarşı döyüşdüyü Suriyanın Türkiyə ilə sərhədində olan Kobani qəsəbəsinə müdaxilə ilə bağlı təzyiqlərlə üzləşir.

Türkiyə parlamenti Suriya və İraqda hərbi əməliyyatlara icazə versə də, Türkiyə hərbi qüvvələri yaraqlılara qarşı heç bir əməliyyat həyata keçirməyib.

Stoltenberq deyib ki, İslam Dövləti qrupu Suriya, İraq, Türkiyə və eləcə də NATO ölkələrinə ciddi təhlükə yaradır.

Ancaq onun sözlərinə görə, hələlik regionda qeyri-uçuş zonası və ya buffer zona tətbiq edilməsi müzakirə mövzusu deyil.

Bununla yanaşı Kobanidə ABŞ-ın rəhbəliyi ilə hava hücumları davam edib. Bombardmana baxmayaraq Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə təşkilatı İslam Dövləti döyüşçülərinin qəsəbənin üçdə birindən çoxuna nəzarət etdiyini bildirib.

XS
SM
MD
LG