Accessibility links

Hillari Klinton: Qəzzafinin sonuna az qalıb


Hillari Klinton: Qəzzafinin sonuna az qalıb
Hillari Klinton: Qəzzafinin sonuna az qalıb

ABŞ dövlət katibi Hillari Klinton deyir ki, Liviya lideri Müəmmər Qəzzafinin hakimiyyətinin sonuna az qalıb. O, beynəlxalq ictimaiyyətin Qəzzafiyə təzyiqləri artıracağını söyləyib.

“Hərçənd ki, heç birimiz Qəzzafinin hakimiyyəti konkret hansı tarixdə tərk edəcəyini bilmir, biz hamımız razılaşırıq ki, onu hakimiyyətinin sonuna az qalıb. Biz beynəlxalq tərəfdaşlarımızla, o cümlədən Rusiya ilə yaxından işləyəcəyik ki, ona və onun rejiminə təzyiqləri artıraq. Biz çalışacağıq ki, atəşkəs və hərbi əməliyyatların sonuna nail olaq,” deyə Hillari Klinton bildirib.

Xanım Klintonun son bəyanatı üsyançıların Tripoliyə gedən yolda strateji məntəqəni ələ keçirmələrindən sonrya təsadüf edir.

Tripolidən cəmi 100 kilometr cənubda yerləşən Əl-Qavalişin tutulması azı iki müxalifət döyüşçüsünün ölümü ilə müşayiət olunan qanlı döyüşlərdən sonra baş verib. Üsyançılar əl-Qavalişdən Qəryana hücum edərək Tripoliyə gedən magistral yola nəzarəti ələ keçirmək istəyirlər.

XS
SM
MD
LG