Accessibility links

Liviyada üsyançılar hökumət qüvvələrini Breqadan çıxartdıqlarını deyirlər


Liviyada üsyançılar hökumət qüvvələrini Breqadan çıxartdıqlarını deyirlər
Liviyada üsyançılar hökumət qüvvələrini Breqadan çıxartdıqlarını deyirlər

Liviyanın müxalifət qüvvələri Breqa küçələrinə yerləşdirilmiş minalar üzündən şəhərə tam nəzarət edə bilmirlər. Üsyançıların komandirləri bildiriblər ki, Qəzzafiyə sadiq qüvvələrə qarşı günlərlə davam edən döşüylərdən sonra dünən onların çoxunun şəhərdən geri çəkilməsinə nail olublar.

Ölkənin şərq hissəsindəki mühüm left limanı Breqa uğrunda keçən həftədən bəri davam edən döyüşlər nəticəsində hər iki tərəfdə qırxdan çox adam həlak olub. Müxalif qüvvələr öz döyüşçülərindən 24 adamın həyatını itirdiyini bildirsələr də, Livya hökumətinin sözçüsü Musa İbrahim üsyançıların itkilərinin həqiqətdə bundan bir neçə dəfə çox olduğunu deyib. “Los Angeles Times” qəzeti müxalifətin bir həkiminə istinadən bildirib ki, üsyançılar tərəfdə ölümlərin yarısından çoxunun səbəbi Qəzzafi tərəfdarlarının yerləşdirdiyi minalar olub.

Üsyançılar Liviyanın şərqinin böyük bir hissəsinə və qərbinin isə bəzi hissələrinə nəzarət edirlər. Onlar Qəzzafinin qırx illik hakimiyyətinə son qoymaq məqsədilə fevral ayından bəri mübarizə aparırlar. NATO-ya üzv bəzi ölkələrin təyyarələri Birləşmiş Millətlər Təşkilatının mandatı əsasında hökumət qüvvələrinin mülki əhaliyə hücumlarının qarşısını almaq üçün Qəzzafiyə sadiq qüvvələrə hava zərbələri endirirlər.

Birləşmiş Ştatlar və onun müttəfiqləri üsyançıları diplomatik cəbhədə də himayə edirlər. Keçən həftə İstanbulda keçirilən konfransda onlar üsyançıların siyasi rəhbərliyini Liviyanın legitim hokuməti kimi tanıyıblar.

XS
SM
MD
LG