Accessibility links

30-dan çox ölkə Liviya müxalifətini hökumət qismində tanıdı


30-dan çox ölkə Liviya müxalifətini hökumət qismində tanıdı
30-dan çox ölkə Liviya müxalifətini hökumət qismində tanıdı

Birləşmiş Ştatlar da daxil olmaqla 30-dan çox ölkə Liviyada müxalif Milli Keçid Şurasını tanıdıqlarını deyərək ölkə lideri Müəmmər Qəzzafinin Şimali Afrika dövləti üzərindəki hakimiyyətinin legitimlikdən məhrum olduğunu bəyan ediblər.

Qərb qüdrətləri və regional dövlətlər bu açıqlamanı İstanbulda verib. Türkiyədə bir araya gələn rəsmilər Qəzzafinin 42 il sürən hakimiyyətinə son qoymaq və Liviya müxalifətini gücləndirmək planlarını müzakirə edirlər.

Ziltan şəhərində tərəfdarlarına audio müraciət ünvanlayan Müəmmər Qəzzafi tanınmanın heç bir əhəmiyyət kəsb etmədiyini bildirib. O, tərəfdarlarını bu "dəyərsiz tanınmaları tapdamağa" çağırıb.

Diplomatik tanınma üsyançı qrupa beynəlxalq müstəvidə nəhəng status və maliyyə vəsaitləri bəxş etmiş olacaq. Amerika banklarında dondurulmuş 30 milyard dollar həcmində vəsaitin Liviya müxalifətinin ixtiyarına veriləcəyi gözlənilir.

Üsyançılar beynəlxalq Liviya təmas qrupunu əmin ediblər ki, Qəzzafidən sonrakı Liviya demokratik olacaq, beynəlxalq öhdəliklərinə sadiq qalacaq və Liviya xalqına humanitar yardımın çatmasına vasitəçi olacaq.

İstanmbulda olan ABŞ dövlət katibi Hillari Klinton bəyan edib ki, Qəzzafinin hakimiyyətdən getməsi sadəcə vaxt məsələsidir.

XS
SM
MD
LG