Accessibility links

Kanada Liviya diplomatlarını ölkədən çıxarır


Kanada Liviya diplomatlarını ölkədən çıxarır
Kanada Liviya diplomatlarını ölkədən çıxarır

Kanada Müəmmar Qəzzafi hökumətinin təcrid edilməsi səyləri çərçivəsində paytaxt Ottavada Liviya səfirliyindəki bütün diplomatların ölkəni tərk etməsini istəyib. Xarici İşlər naziri Con Bayrd Liviya diplomatlarını persona non grata elan edib. O deyib ki, diplomatlar ölkəni beş gün ərzində səfirliyi tərk edib ölkədən çıxmalıdır. O həmçinin bildirib ki, Kanada diplomatların bank hesablarından istifadəsinin qarşısını alır. Qəzzafi hökuməti ölkədə iğtişaşlar və demokratiya tərəfdarı nümayişlərin zorakı dağıdılmasına görə tənqid edilir. Kanada Müəmmar Qəzzafi tərəfdarı qüvvələrlə qarşı mübarizə aparan üsyançı döyüşçülərə kömək edən NATO missiyasında iştirak edir.

XS
SM
MD
LG