Accessibility links

Liviya üsyançıları Breqada irəliləyir


Liviya üsyançıları Breqada irəliləyir
Liviya üsyançıları Breqada irəliləyir

Liviya üsyançıları əsas neft limanı olan Breqada irəlilədiklərini xəbər verirlər. Tripolidən 750 kilometr şərqdə yerləşən şəhərin bir neçə məhəlləsi Liviya lideri Müəmmər Qəzzafinin qüvvələrindən azad olunub.

Qərbi Misrata şəhəri yaxınlığında da tərəflər arasında toqquşmaların baş verdiyi bildirilir.

Bu arada Avropa İttifaqı Qəzzafi hökumətinə qarşı sanksiyaları genişləndirdiyini elan edib. Sanksiyalar əl-Şərara neft şirkəti və Liviya hökuməti ilə əlaqəsi olan inzibati işlər təşkilatını hədəf alır.

XS
SM
MD
LG