Liviyada əldə edilən sənədlər Qərbin kəşfiyyat agentlikləri ilə Qəzzafi hökumətinin terrorçulquda şübhələnilənlərin mübadiləsinə dair yaxın əməkdaşlıq etdiyini göstərib. Human Rights Watch-in tədqiqatçılarının sənədləri Tripolidəki ofislərdən əldə etdiyi bildirilir. Həmin ofislərin Qəzzafinin yaxın məsləkdaşı, kəşfiyyat agentliyinin rəhbəri Musa Kussaya məxsus olduğu deyilir. Sənədlər 2002-ci ildə Liviyanın kəşfiyyat xidmətinin Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyi və Britaniyanın Mİ-6 agentliyi ilə əlaqəsini sübüt edir. Sənədlərdə kəşfiyyat məlumatlarının mübadiləsi, şübhəlilərin mübadiləsi, terrorizmdə şübhələnilənlərin dindirilməsi və digər məlumatlar əksini tapıb.