Accessibility links

Liviya üsyançıları paytaxta doğru irəliləyirlər


Liviya üsyançıları paytaxta doğru irəliləyirlər
Liviya üsyançıları paytaxta doğru irəliləyirlər

Liviyada qiyamçılar altı saatlıq atışmadan sonra Tripolinin cənubunda yerləşən iki qəsəbəni ələ keçiriblər. Paytaxtdan şərqdə isə müxalifət qüvvələri ağır itkilər veriblər.

Üsyançılar paytaxtdan yüz kilometr məsafədə yerləşən əl-Qavaliş və Kiklanı zəbt etdiklərini xəbər verirlər. Növbəti iri qəsəbə şimaldakı Qaryandır. Paytaxta gedən əsas yol bu qəsəbədən keçir.

Müxalifət döyüşçüləri qərbi Misrata şəhərindən Ziltana doğru hərəkət etməyə çalışdılqarı zaman ağır artilleriya atəşinə məruz qalıblar.

Liviya xarici işlər nazirinin müavini Xalid Kaim NATO-nu BMT mandatını pozaraq bombardmanı intensivləşdirdiyini deyib. O, NATO-nun ölkəyə qarşı hücumlarda yeni mərhələyə qədəm qoyduğunu söyləyib.

Üsyançıların istehkamı sayılan Benqazidə yüksək rütbəli Çin diplomatı Mili Keçid Şurasının liderləri ilə görüşüb. Çin xarici işlər nazirliyinin rəsmisi şuranı “mühüm dialoq tərəfdaşı” adlandırıb.

Dünən minlərlə liviyalı Benqazidə nümayiş keçirərək Avropa və üsyançı bayraqlarını dalğalandırmış və Qəzzafinin getməsini tələb etmişlər.

“Bizə Müəmməri devirməkdən başqa heç nə lazım deyil. Biz təkcə su ilə də dolana bilərik, təki Müəmmər getsin. O, getməldir,” deyə nümayiş iştirakçısı Abdullah İbrahim söyləyib.

NATO rəhbəri Anders Foq Rasmussen bildirib ki, mart ayında hərbi kampaniya başlanandan bəri müttəfiq təyyarələri 2700 hədəfi vuraraq Qəzzafinin “müharibə maşınını” əsaslı şəkildə zəiflədiblər.

Rasmussen həmçinin deyib ki, Milli Keçid Şurasının nümayəndələri gələn həftə NATO və Avropa Birliyi rəsmiləri ilə Brüsseldə görüşəcəklər.

XS
SM
MD
LG