Accessibility links

Liviyada müxalifət yenidəın hücuma keçib (Yenilənib)


Liviyada müxalifət yenidəın hücuma keçib (Yenilənib)
Liviyada müxalifət yenidəın hücuma keçib (Yenilənib)

Üsyançılar Liviyanın qərbində, Tunislə sərhəd yaxınlığındakı Gezaya şəhərində Müəmmar Qəzzafi ordusuna hücuma keçiblər. Qəzzafi qüvvələri bu şəhərdən regiondakı üsyançlılara qarşı etdikləri hücumlar zamanı baza kimi istifadə edirdi. Səhiyyə rəsmiləri atışma zamanı azı iki üsyançının öldüyünü bildirib.

Liviya müxalifətinin başçısı döyüşlərin üsyançıların Müəmmar Qəzzafiyə vəzifəsindən istefa verməsinə qoyduğu vaxtın başa çatmasından bir gün sonra başladığını bildirib. Mustafa Əbdül Cəlil bu gün deyib ki, BMT nümayəndəsi vasitəsilə bir ay bundan əvvəl Qəzzafiyə göndərilən təklifin möhləti bitib.

Liviyanın baş naziri Əl-Bağdadi Əl-Mahmudi isə deyib ki, Müəmmər Qəzzafinin hakimiyyətdən getməsi barədə söhbət belə ola bilməz. Liviya hökuməti eləcə də, Britaniyanın müxalif Milli Keçid Şurasını tanıması və bütün Liviya diplomatlarının xaric etməsini pisləyərək bunun qeyri-qanuni olduğunu deyib.

.

XS
SM
MD
LG