Accessibility links

Liviya müxalifəti hərbi dəstələrin tərksilah olması haqda əmr verib


Liviya müxalifəti hərbi dəstələrin tərksilah olması haqda əmr verib
Liviya müxalifəti hərbi dəstələrin tərksilah olması haqda əmr verib

Liviyanın Milli Keçid Şurasının başçısı bildirib ki, müxalif qrup hərbi dəstələrin tərksilah olması və bütün birləşmələrin onun nəzarətinə keçməsi haqda əmr verib. Mustafa Abdel Cəlil qərarı bu gün Benqazidə qrupun hərbi başçısının qətlindən sonra verib. Əbdül Fəttah Yunus və onun iki köməkçisi cümə axşamı Benqazidə silahla vurulub öldürülüb. Yunus üsynaçılara qoşulmazdan öncə Liviya lideri Müəmmar Qəzzafiyə yaxın çevrələrə mənsub olub, lakin Cəlil onun xəyanət adı ilə qətlə yetirilə bildiyi haqda məlumatları təkzib edib. Milli Keçid Şurası qətllərin araşdırılması və sorğu-sual aparmaq üçün komitənin yaradıldığını bildirib.

XS
SM
MD
LG