Liviya hökuməti üsyançıların Zlitan şəhərinin nəzarətini öz əllərinə keçirməsi barədə iddiasını rədd edib.
Müəmmar Qəzzafinin sözçüsü bildirib ki, şəhər hökumətin tam nəzarəti altındadır.
Hökumət tərəfdarı və müxalif qüvvələr arasında Zlitan şəhəri yaxınlığında ardıcıl döyüşlər olub. Üsyançılar şəhər ətrafında mövqelərini möhkəmlətməyə çalışır.
Dünən üsyançılar və səhiyyə rəsmiləri bildirmişdi ki, Qəzzafi tərəfdarl qüvvələrin əks-hücumu nəticəsində müxalif döyüşçülərinin 7 üzvü həlak olub və 30 nəfər yaralanıb.
Bununla yanaşı, beynəlxalq media qrupu NATO-nun Liviya televiziya stansiyasına qarşı hava hücumunu ittiham edib. Beynəlxalq Jurnalistlər Federasiyasının açıqladığı bəyanatda deyilir ki, bu hücum jurnalistlərin həyatını təhlükə altına ataraq beynəlxalq qanunu pozur.