Accessibility links

NATO Liviyanın dövlət televiziyasını hədəf alıb


NATO Liviyanın dövlət televiziyasını hədəf alıb
NATO Liviyanın dövlət televiziyasını hədəf alıb

NATO Liviya lideri Müəmmar Qəzzafinin televiziya vasitəsilə vətəndaşları qorxuda bilməməsi üçün paytaxt Tripolidə üç peyki bombalayıb. Liviyanın Yayım Korporasiyası hücumu qınayaraq, üç işçinin öldüyünü və 15 nəfərin yaralandığını bildirib. Korporasiyanın rəsmisi bu gün bildirib ki, tele-kanal hərbi hədəf ola bilməz və jurnalistlər vətəndaşlara heç bir təhlükə yaratmadan öz işlərini yerinə yetirirdi. NATO-nun sözçüsü general Rolan Lavoye hücumun zəruri olduğunu deyərək bildirib ki, cənab Qəzzafi tele-kanallardan Liviya xalqını qorxutmaq və təzyiq göstərmək üçün istifadə edirdi. Onun sözlərinə görə, hücum tələfatlara yol verməmək və televiziya ötürücülərini dağıtmamaq üçün çox ehtiyatala planlaşdırılıb. Liviyanə dövlət televiziyası hücumdan sonra da yayımı davam etdirib.

XS
SM
MD
LG