Liviya üsyançılarının paytaxtı Benqazidə bu gün gərginlik olub. Əldə edilən məlumata əsasən müxalifətin hərbi liderinin dəfn mərasiminə hazırlıq gedən vaxt Benqazinin küçələrində atışma başlayıb. Üsyançıların rəhbərlik şurası yüksək rütbəli hərbi komandir Abdel Fəttah Yunis və onun iki köməkçisinin naməlum şəxslər tərəfindən öldürüldüyünü deyib. Milli Keçid Şurasının rəhbəri Mustafa Abdel Cəlil Yunis və onun polkovnik köməkçilərinin hərbi məsələ ilə bağlı müxalifət məhkəmə istintaq komitəsinə sorgu-sual edilmək üçün gələrkən öldürüldüklərini deyib.