Accessibility links

Liviya Beynəlxalq tribunalın qərarını legitim saymır


Liviya Beynəlxalq tribunalın qərarını legitim saymır
Liviya Beynəlxalq tribunalın qərarını legitim saymır

Liviya Beynəlxalq tribunalın müharibə cinayətlərinə görə Müəmmar Qəzzafi və onun iki yaxın müttəfiqinin həbsi barədə orderi rədd edib.

Ədliyyə naziri Məhəmməd Əl-Qamudi deyib ki, Liviya məhkəmənin legitimliyini qəbul etmir.

Beynəlxalq Tribunal Liviya lideri cənab Qəzzafi, onun oğlu Seif Əl-İslam və Kəşfiyyat idarəsinin rəhbəri Abdulla Əl-Senussinin həbsinə dair qərar verib.

Ağ Evin sözçüsü Cey Karni deyib ki, bu qərar Liviya liderinin ədalət qarşısına çıxarılmasının vacibliyini göstərir. Onun sözlərinə görə, qərar da Müəmmar Qəzzafinin legitimliyini itirdiyinə başqa bir işarədir. “Biz əminliklə inanırıq ki, o həyata keçirdiyi cinayətlərə görə ədalət qarşısında cavab verməlidir”-deyə Cey Karni bildirib.

XS
SM
MD
LG