Accessibility links

Liviya hökuməti müxalifətlə danışıqlar aparıldığını bildirir


Liviya hökuməti müxalifətlə danışıqlar aparıldığını bildirir
Liviya hökuməti müxalifətlə danışıqlar aparıldığını bildirir

Liviyada Müəmmar Qəzzafi hökumətinin rəsmiləri dörd aydır sürən münaqişəyə son qoymaq üçün müxalifət liderlərilə danışıqlar aparıldığını bildirir.

Associated Press agentliyi Xarici İşlər nazirinin müavini Xaled Kaimə istinadən xəbər verib ki, danışıqlar artıq iki aydır aparılır.

Danışıqlarda üsyançıları beynəlxalq aləmdə təmsil edən Milli Keçid Şurasının iştirak edib-etmədiyi aydın deyil.

Bu arada, NATO-nun Baş katibi Anders Fog Rasmussen Rusiyaya səfəri zamanı alyansın Liviyada missiyasını müdafiə edib. Rusiya NATO-nun hava hücumlarının BMT mandatından kənara çıxdığı ilə bağlı alyansı tənqid edib.

Rasmussen Liviyada vəziyyəti bu gün Soçidə Rusiya prezidenti Dmitri Medvedev və Cənubi Afrika prezidenti Ceykob Zuma ilə müzakirə edib.

XS
SM
MD
LG