Accessibility links

Hilal Məmmədovun hüquqlarını müdafiə komitəsi aksiya keçirəcək


Hüquq müdafiəçisi Hilal Məmmədov
Hüquq müdafiəçisi Hilal Məmmədov

Komitə üzvləri məhkəmənin qapalı keçirilməsinə etiraz edir. İştirakçılar tənqidi səslərin boğulmasına etiraz olaraq ağızlarına tibbi maskalar taxacaq

“Tolışi sədo” qəzetinin həbsdə olan redaktoru Hilal Məmmədovun hüquqlarını müdafiə komitəsi fevralın 15-də saat 11-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin binası qarşısında etiraz aksiyası keçirəcək. Aksiya Məmmədovun işi üzrə qapalı məhkəmə keçirilməsinə qarşı və onunla həmrəyliyin ifadə olunması məqsədilə keçirilir.

Aksiya səssiz piket şəklində keçiriləcək. İştirakçılar tibbi maskalar taxacaqlar, bu, tənqidi səslərin boğulması, habelə Azərbaycanın məhkəmə-hüquq sistemində baş verən özbaşınalıqlardan müdafiənin rəmzi olacaq.

“Biz Hilal Məmmədovun taleyindən narahatıq. O, tamamilə əsassız həbs edilib. Bundan başqa, onun səhhəti narahatlıq doğurur. Hilal Məmmədovun həbsxana xəstəxanasında vəfat edən xələfi Novruzəli Məmmədovun taleyini yaşamasını istəmirik”, deyə Komitə üzvü Mehdibəy Səfərov bildirib.

İclas iştirakçıları həmçinin hakimin bütün vəkillərin prosesdə iştirakı zərurəti haqqında tələbinə etiraz ediblər. Hüquqi Maarifləndirmə Cəmiyyətinin sədri İntiqam Əliyevin sözlərinə görə, hakimin tələbi əsassızdır. Bu, Məmmədovun məhkəməyə ifadə verməkdən imtinası və vəkillərə prosesdə iştirak etməmək çağırışı ilə bağlıdır.

Buna görə hakim prosessual normalara riayət edilməsi və Məmmədovun hüquqlarının müdafiə olunması görüntüsü yaratmağa çalışır.

Etiraz aksiyası ilə yanaşı, aclıq aksiyasına başlamaq, xarici dövlətlərin səfirləri ilə görüşlər keçirmək nəzərdə tutulur.
XS
SM
MD
LG