Accessibility links

Avropa İttifaqının təmsilçiləri Hilal Məmmədovun ailəsi ilə görüşüb


Hüquq müdafiəçisi Hilal Məmmədov
Hüquq müdafiəçisi Hilal Məmmədov

Hilal Məmmədov İnternetdə populyar olan «Tı kto takoy? Davay, do svidaniya» videoçarxının müəllifidir

Avropa İttifaqının təmsilçiləri hüquq müdafiəçi, “Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovla həmrəylik nümayiş etdirmək üçün noyabrın 15-də onun ailə üzvləri ilə görüşüb. Bu barədə Amerikanın Səsi radiosuna Hilal Məmmədovun hüquqları ictimai müdafiə komitəsi bildirib.

Avropa İttifaqının Bakı ofisinin Siyasət, iqtisadiyyat və informasiya şöbəsinin rəhbəri Toralf Pilz bildirib ki, Avropa İttifaqının mərkəzi qərargahının göstərişi ilə baş tutan görüş eyni zamanda siyasi məna kəsb edir və bu onun təmsil etdiyi qurumun Hilal Məmmədovla həmrəyliyinin ifadəsidir.

Aİ nümayəndələri Hilal Məmmədovun sağlamlıq durumu, istintaqın gedişi ilə maraqlanıb və alimin sağlamlıq durumunu əks etdirən tibbi arayışlar qonaqlara təqdim edilib.

“Tolışi sədo” qəzetinin baş redaktoru və Talış Mədəniyyət Mərkəzinin rəhbərinin müavini Hilal Məmmədov qanunsuz narkotik saxlama ittihamı ilə 2012-ci il iyunun 21-də həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri ilə ittiham irəli sürülüb.

Yerli və xarici demokratik ictimaiyyətinin fikrincə H.Məmmədovun təqibi aktiv vətəndaş mövqeyi, hüquq müdafiəsi fəaliyyəti ilə bağlıdır.

Hilal Məmmədov İnternetdə populyar olan «Tı kto takoy? Davay, do svidaniya» videoçarxının müəllifidir. Bu videoçarx Rusiya mediasında böyük maraq yaradıb və Məmmədovdan çoxsaylı müsahibələr hazırlanıb. Rusiya müxalifəti etiraz aksiyaları zamanı vidoçarxda səslənən mahnıdan hazırki prezident Vladimir Putina qarşı istifadə edib. Videoçarxı sosial şəbəkələr vasitəsi ilə milyonlarla insan izləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG