Accessibility links

Hilal Məmmədov ağzını bağlayıb, qulaqlarına pambıq tıxayıb, üzünü divara çevirib


Hilal Məmmədov, “Talışi Sədo” qəzetinin redaktoru
Hilal Məmmədov, “Talışi Sədo” qəzetinin redaktoru

Hüquq müdafiəçisi qapalı məhkəmə baxışına etiraz edir

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolişi Sədo” qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı yenidən təxirə salınıb.

H.Məmmədovun qardaşı Səbahəddin Məmmədov bildirib ki, vəkillər vəsatətlə çıxış edərək bildiriblər ki, müdafiə etdikləri şəxslə birlikdə müdafiə mövqeyini dəqiqləşdirmək üçün məsləhətləşməyə ehtiyac var. Hakim onların vəsatətini təmin edib. Proses fevralın 13-dək təxirə salınıb.

Hilal Məmmədov bugünki prosesə zorla gətirilib. Lakin o, məhkəmənin qapalı keçirilməsinə etiraz əlaməti olaraq ağzını bağlayıb, qulaqlarına pambıq tıxayıb və üzünü divara çevirib.

Hilal Məmmədovun vəkili Xalid Bağırov bildirib ki, müdafiə etdiyi şəxs məhkəməyə zorla gətirlib.

“Vəkillər də Hilal Məmmədov kimi etiraz olaraq məhkəmədə susub oturacaq və heç nə deməyəcəyik”, deyə o qüeyd edib.

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG